Tarix : 2011 Sep 20
Kod 25538

Qırğizıstanda hicab problemi öz həllini tapdı

Qırğizıstanın sağ əli Azərbaycanın başına
well/Aran agentliyi

 

Artıq mitinq başa çatıb və Bişkəkdən verilən son məlumatalra görə nazir şəxsən mitinqçilərin qarşısına çıxıb.

Xəbər vermişdik ki, bu gün Qırğızıstanın Təhsil Nazirliyinin qarşısında şagirdlərin hicabla məktəblərə buraxılmadıqlarına görə mitinq keçiriləcəkdir. Artıq mitinq başa çatıb və Bişkəkdən verilən son məlumatalra görə nazir şəxsən mitinqçilərin qarşısına çıxıb.

O, mitinq iştirakçılarına bildirib ki, Qırğızıstan Təhsil Nazirliyi belə qadağa tətbiq etməyib. Çünki bu tip qərarları yalnız parlament verə bilər.Mitinq iştirakçıları nazirdən tələb ediblər ki, əgər nazirlik belə bir qərar verməyibsə, o zaman yazılı şəkildə bunu təsdiq edən sənəd verilsin ki, məktəb direktorlarının daha deməyə sözü qalmasın.

Nazir bununla razılaşıb və onlara hicabın orta məktəbdə qadağan olunmadığı barədə yazılı məktubu təqdim edib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Sep 20