İnsan həyatının mənası təkcə yeyib-içmək, yatmaq və bu kimi şeylərdən ibarət deyil
well/Aran agentliyi
Bismillahir-rəhmanir-rəhim!
Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman. Yer öz yükünü çıxardıb atacağı zaman. İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
(əz-Zilzal (Zəlzələ) surəsi)
Qısa arayış: Hacı Vaqif Abdullayev sentyabrın 20-i 60 yaşı olur. Leninqrad Yüngül Sənaye Universitetinin bitirib. Müəllim kimi həmin Universitetdə işləyib. Lakin Vətənə olan məhəbbət onu Bakıya gətirib. 1992-ci ildən AİP-in üzvü olub, 2001-ci ildən AİP sədrinin müavini olub. Həmişə mili-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparıb. 3 övladı, 5 nəvəsi var. 2011-ci ilin yanvar ayında AİP sədri Hacı Mövsüm Səmədovla birlikdə həbs edilib. Hazırda məhkəməsi gedir və Küdəxanı həbsxanasında saxlanılır. Hicab və namus məhbusudur!
Bir insanın amalı
İnsan həyatının mənası təkcə yeyib-içmək, yatmaq və bu kimi şeylərdən ibarət deyil. Çünki eyni xüsusiyyətlər heyvanda da var. Bu dünyada kiməsə dayaq olmaq, kiminsə əlindən tutmaq, bəzən isə müqəddəs amal yolunda öz canından keçmək kimi xüsusiyyətlər insanın həyatını mənalı edir. Bütün bu ideyaları özünə ömür yolu seçərək Hacı Vaqif ömrünü xalqına, onun övladlarına sərf edib. Rusiyada böyük bir müəssisədə rəhbər vəzifədə çalışsa da Vətəninə olan sevgisini onu yenidən Bakıya qaytardı. “Vətənin ağır günüdə, onu yalqız buraxmaq kişilikdən deyil” ideyasını özünə yol seçən Vaqif müəllim xalqa xidmət etməyi özünə bir yol seçdi.
Milli-mənəvi dəyərlərə sadiq insan
Sovet rejiminin “ateist kostyumuna” baxmayaraq Vaqif müəllim milli-mənəvi dəyərlərinə sadiq qalaraq daim İslamda olmuş, Allahın buyurduğu doğru yoldan kənara sapmamağa çalışmışdır. Vaxtlı-vaxtında ibadətini edən bu insana Allah evini ziyarət edib hacı adının da qazanmaq nəsib olub.
İndi nəvələri ilə oynayan vaxtında...
Yaşının bu çağında nahaq yerə zindana atılan bu dəyərli insan övladlarından. Nəvələrindən ayrı düşüb. Bəlkə də bəzilərinə bu qəribə gələ bilər. Amma övladdan da şirin olan nəvədən aralı düşmək çox çətindir. Bir dəfə məhkəmə zalında hələ üzünü belə görmədiyi nəvəsinin şəklini sinəsinə sıxaraq ağlamışdı. Düzdür o elə dəmir iradəli insandır ki, heç vaxt hissə qapılmaz. Amma nə qədər olsa da onun da qəlbində bir kövrək baba məhəbbəti var.
60 yaşını zindanda qeyd etmək var imiş qismətində
Ömrü boyu xalqına, millətinə, vətəninə bağlı olan bir insan olan Hacı Vaqif Abdullayev bu gün 60 yaşını qeyd edir. Amma bu əlamətdar yubileyini doğmaları, övladları, nəvələri ilə deyil zindanda keçirəcək. Amma onun alnı açıq, üzü ağdır. Övladları da dik başla gəzə bilir. Çünki onların ataları nə kimisə öldürüb, nə kiminsə malına, canına təcavüz edib. Sadəcə olaraq namus, qeyrətinin ayaqlar altına atılmasına etiraz edib. Əgər Azərbaycan kişisi bunu edirsə və özünü “kişi” hesab edənlər bunun üstündə ağsaqqal bir insanı həbs edib zindana atırsa...
Allah axırından saxlasın.
P.S. Hacı, Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Allahdan sizə can sağlığı arzulayırıq. İnşallah tezliklə haqqın bərqərar olaraq batili aradan aparması diləyi ilə...
islamazeri.az