Tarix : 2011 Sep 20
Kod 25543

''S-300'' İranda ''İnam-373'' adı ilə istehsal olunur

İran İslam Respublikasının Xatəmül-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı S-300 zenit raket kompleksinin ''İnam-373'' adı ilə yerliləşdirilməsi və layihələşdirilməsindən xəbər verib
well/Aran agentliyi

 

İran İslam Respublikasının Xatəmül-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı S-300 zenit raket kompleksinin "İnam-373" adı ilə yerliləşdirilməsi və layihələşdirilməsindən xəbər verib.

Aviasiya generalı Fərzad İsmaili deyib: İslam İnqilabının Böyük Rəhbəri Xamnei həzrətlərinin göstərişi ilə İranın mütəxəssis qüvvələri raket müdafiəsi sistemindəki boşluqları aradan qaldırmaqla S-300 zenit raket sisteminin düzəldilməsi və istifadəyə verilməsi mərhələlərini uğurla keçiblər.

"Bu müdafiə sistemi hal-hazırda dəqiq layihələşdirmə və tələblərin müəyyənləşdirilməsi mərhələsindədir. Bu iş, İran islam Respublikasının Müdafiə Nazirliyi və qərargahın müştərək əməkdaşlığı ilə icra olunmaqdadır" -deyə İsmaili bildirib.

Bu sistemlərin İrana təhvil verilməsi üzrə müqavilədə Rusiyanın pozuculuğuna toxunan İsmaili söyləyib: S-300 zenit raket kompleksinin müqavilə məsələsində İran tərəfi müqavilənin bütün maddələrini 2007-ci ilə qədər tam şəkildə icra etdi, heç bir şübhə yaradıcı məsələ mövcud deyildi və bu sistemin təhvil verilməsi qərara alınmışdı. Təəssüflər olsun ki, qərb hökumətlərinin şeytanlıqlarına görə bu iş baş tutmadı.

  • Yazılıb
  • da (də) 2011 Sep 20