Tarix : 2011 Sep 21
Kod 25552

Bakı dövlətinin islamofobiya siyasətlərində sionistlərin dəxaləti-Azərbaycanda yaşayan yəhudi mək...

Azərbaycan Təhsil Nazirliyi yəhudilik simvolu sayılan “kipa” papaqlarının geyilməsini yəhudi məktəbliləri üçün maneəsiz bilir
well/Aran agentliyi

 

Azərbaycan Təhsil Nazirliyi yəhudilik simvolu sayılan “kipa” papaqlarının geyilməsini yəhudi məktəbliləri üçün maneəsiz bilir.

Azərbaycanda yeni dərs ilinin başlaması ilə hicabın qadağanlığı hələ də öz qüvvəsində qalaraq icra olunur. Amma ölkənin Təhsil Nazirliyi yəhudilik simvolu sayılan “kipa” papaqlarının geyilməsini yəhudi məktəbliləri üçün maneəsiz bilir.

Azərbaycan Respublikası dövləti bu ölkədə azlıqda yaşayan və hətta ümumi sayı ölkə əhalisinin yüzdə birinə də çatmayan yəhudilərin bütün tələblərini təmin edir və sorğu-sualsız yerinə yetirir, onların azadlığı üçün lazım olan bütün şəraiti yaradır. Halbuki, əhalinin 96%-dən çoxunu təşkil edən müsəlmanların ən adi müsəlmanlıq hüquqları, o cümlədən İslam prinsiplərinə əməl etmələri, xüsusilə də hicablı qızların məktəbə getmələrinə qadağa qoyulubdur.

Azərbaycan Respublikası 96% müsəlman və 85% şiə olan bir ölkə olmasına baxmayaraq, sionistlərə qulluq etmək üçün təhsil mərkəzlərində hicabı və məsciddən azanın səsucaldanlar vasitəsilə səslənməsini qadağan etmiş, dini mədrəsələri bağlamışdır.

Statistikanın göstəricisinə əsasən, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edir və onlardan 85%-i şiə, 15%-i isə əhli-sünnədir.

Çox təəssüflər olsun ki, Azərbaycan dövləti ümumi sayı ölkə əhalisinin yüzdə birinə də çatmayan sionistlərin təzyiqi nəticəsinə müsəlmanlara çoxlu məhdudiyyətlər yaratmışdır.

Nümunə olaraq, 2010-cu il nöyabrın 17-dən başlayaraq Təhsil Nazirliyi tərəfindən bu ölkənin təhsil mərkəzlərində  hicab qadağan olunmasını və bu qadağa qeyri-rəsmi olaraq tədriclə ölkənin digər dövlət mərkəzlərində də icra olunmasını göstərmək olar

  • Yazılıb
  • da (də) 2011 Sep 21