well/Aran agentliyi
Azadxeber.az saytının Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda Qazaxıstanda "Dini fəaliyyət və dini qurumlar haqqında" qanun qəbul olunma ərəfəsindədir. Əgər bu qanun öz təsdiqin tapsa Qazaxıstanda dövlətə məxsus iş yerlərində, təhsil müəssisələrində və ictimai yerlərdə mövcud olan namaz otaqları bağlanacaq. Belə yerlərdə namaz qılmaq qadağan olunacaq.
Ölkənin bir sıra təşkilatları artıq öz etirazlarını bildirsələrdə hələ ki, dövlət tərəfindən heç bir açıqlama verilməyib. Qazaxıstanın dini işlər üzrə dövlət rəsmisi bunu bu cür izah edib: "Bu təqdirə layiq bir plandır. Çünki ofislər namaz qılmaq üçün yer deyil. Bu əməl digər dinə mənsub olan vətəndaşların hüququnu pozur və İslam qanunlarınada ziddir. Namazı məscidlərdə qılarlar. Namaz otaqlarında namaz qılanlar tənbəl insanlardır.