Türkiyə hökuməti Amerikanın radarlarının BMT Baş Assambleyasının sessiyası yekunlaşana qədər ölkə ərazisində inşasına başlanılması üçün icazə vizası verməyəcək
well/Aran agentliyi
Türkiyə hökuməti Amerikanın radarlarının BMT Baş Assambleyasının sessiyası yekunlaşana qədər ölkə ərazisində inşasına başlanılması üçün icazə vizası verməyəcək, - “Lenta” xəbər verir. “Hurriyyet” qəzetinin məlumatına görə, yekun qərar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama və İran prezidenti Mahmud Əhmədinejadla görüşündən sonra veriləcək. Hər iki görüşün BMT Baş Assambleyasının sessiyası çərçivəsində sentyabrın 20-də Nyu-Yorkda keçiriləcəyi gözlənilir. Türkiyə qanunlarına görə, NATO ilə razılaşmanın qüvvəyə minməsi üçün parlamentin ratifikasiyası lazım olmasa da, razılaşmanı əksər nazirlər təsdiqləməlidir.