Tarix : 2011 Sep 21
Kod 25557

Rus hərbçiləri Ermənistan ordusunun paradında iştirak edəcək

Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək
well/Aran agentliyi

 

“Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək. Düşünürəm ki, erməni-rus hərbi əməkdaşlığının mövcudluğu heç kəsə sirr deyil və bu baxımdan bu hərbi bazanın Ermənistanın digər hərbi hissələri ilə birgə İravanda keçiriləcək hərbi paradda iştirakı ətrafında spekulyasiyaya yol vermək lazım deyil”. Bu fikirləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri David Karapetyan sabah Ermənistan paytaxtında baş tutacaq hərbi paradda Rusiyanın 102 saylı hərbi bazasının hərbçilərinin iştirak edəcəyinə dair xəbərə şərh verərkən bildirib.

“Armeniya Today” saytının verdiyi məlumata görə, jurnalistlərin “bu hərbi parada böyük həcmdə vəsaitin xərclənməsinə ehtiyac var idimi?” sualına cavab verən D. Karapetyan bildirib ki, sabah baş tutacaq hərbi parad 20 il ərzində Ermənistanın əldə etdiyi “nailiyyətləri” nümayiş etdirəcək: “Xərclərə gəldikdə isə, burada böyük xərclər yoxdur. Biz sadəcə, Ermənistan silahlı qüvvələrində olanları nümayiş etdirəcəyik”.

Bu paradın 26 iyunda Bakıda baş tutan parada cavab olaraq keçirildiyi ehtimalına gəldikdə isə D. Karapetyan bildirib ki, mətbuatda səslənən bu cür fikirlərin heç bir əsası yoxdur.

ANS PRESS

  • Yazılıb
  • da (də) 2011 Sep 21