Tarix : 2011 Sep 21
Kod 25558

Şiəliyin İlk Paytaxtı Təbriz Beynəlxalq Konfrans keçirilir

Şiəliyin İlk Paytaxtı Təbriz Beynəlxalq Konfransı, Təbriz Universiteti, Şərqi Azərbaycan Əyalətliyi, Mədəni Miras İdarəsinin təşkilatçılığı ilə 13-14 noyabr 2011-ci ildə Təbrizdə keçiriləcək
well/Aran agentliyi

 

Şiəliyin İlk Paytaxtı Təbriz Beynəlxalq Konfransı, Təbriz Universiteti, Şərqi Azərbaycan Əyalətliyi, Mədəni Miras İdarəsinin təşkilatçılığı ilə 13-14 noyabr 2011-ci ildə Təbrizdə keçiriləcək.

Şiəliyin Azərbaycana gəlişi”, “Azərbaycan şiə tarix kitabşünaslığı”, “Azərbaycan və əhli-beyt (ə)”, “Azərbaycanın yerli hökumətləri və şiəlik”, “Azərbaycanda şiəliyin genişlənməsində alim və mütəfəkkirlərin rolu”, “Təbriz və şiəlik”, “Azərbaycan ədəbiyyatı və incəsənəti baxımından şiəlik” formun mövzularından ola bilər.

Şərqi Azərbaycan Əyalətinin rəhbərliyi ilə keçirilən konfransda iştirak etmək istəyənlər qeyd edilən mövzularda öz məqəlalərini 16 sentyabrdan, 17 oktyabra kimi word 2003, formatında committee@tab-shiite.ir ünvanına göndərə bilərlər. Məqalə A4 formatında olmalı və 20 səhifədən artıq olmamalıdır.

İslam Mədəniyyət və İrşad İdarəsi, Aşura Korpusu, Şərqi Azərbaycan Tele-Radio Şirkəti, Təbriz Azad İslam Universiteti, Şərqi Azərbaycan Müəllimlər Universiteti, əyalətin Din Elm Hövzəsi konfransa qatılanlardan olacaqdır. 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 21