Tarix : 2011 Sep 22
Kod 25563

Vəkil: ''Burda hakim kimdir?''

Bu məhkəmədə də şahidlər dindirilib
well/Aran agentliyi

 

Bu məhkəmədə də şahidlər dindirilib.

Bu gün Bakı Ağır Cinayətlərlə İş Üzrə məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, və digər ruhanilər Fəramiz Abbasov, Rufulla Axundzadə və Quba rayon sakinləri Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirildi.

Məhkəməni açıq elan edən hakim Eldar İsmayılov şahidlərin dindirilməsi prosesinin davam edəcəyini açqladı.

İlk olaraq Masallıdan olan şahid Elnur Xudaverdiyev dəvət edildi. Hakimin ittiham olunan şəxsləri tanıyırsınızmı sualına cavab olaraq şahid bildirdi ki, Hacı Rufulla, Hacı Mövsüm Səmədovu və Seyyid Fəramiz Abbasovu tanıyır.

Şahid: Mənim tanıdığım insanlar islama xidmət edən, əxlaqlı, vətənə və xalqına sadiq insanlardır. Onların heç bir zaman dövlət əleyhinə hansısa yolla çıxdığını görməmişəm və eşitməmişəm. O ki qaldı ittihama hamımıza məlumdur, məntiq də bunu deyir ki, əgər deyilənlər lap düz olsa belə kiçik bir dəstə ilə dövlət çevirmək gülüncdür. Sadəcə bu insanlar dedikləri sözlə də öz vəzifələrini icra ediblər. Əgər bu gün Masallıda, Astarada və ya elə Azərbaycanda bu şəxslər haqqında kimdən soruşsaq yalnız müsbət cavab verərlər. O ki, qaldı bura gəlib şahidlik edənlərə onları araşdırsaq necə adam olduqları ortaya çıxar.

Bu yerdə dövlət ittihamçısı sözə qarışdı.

D.İ.: Etiraz edirəm işin mahiyyətindən danışsın.

Rufulla Axundzadə: Bəs keçən dəfə gələn şahid deyəndə ki, Rufulllaya nifrət edirəm niyə etiraz etmədiniz? Qoyun danışsın da. Pis danışanda sərf eləyir, yaxşı danışanda yox?

Hakim: Bura kimisə tərifləməyə yığışmamamışıq.

Vəkil Həbib Əliyev şahidə sual verəndə qalmaqal yarandı. Belə ki, şahid danışan zaman bildirmişdi ki, islam partiyasından öz səhhəti ilə əlaqədar olaraq xaricə müalicəyə gedəcəyi üçün istefa verib. Vəkil sual verdi ki, hər hansı məsciddə dini təhsili olmayan, siravi adam minbərə çıxa bilərmi?

Bu yerdə dövlət ittihamçısı yerindən danışdı.

 

D.İ. Sual çıxarılsın.

Həbib Əliyev: Niyə?

D.İ.: O xaricə getməyi əqidəsindən üstün tutur. Nə cavab verəcək ki?

Dövlət ittihamçısıınn bu sözləri Rufulla Axundzadəni əsəbləşdirdi.

R.A.: Sən niyə əqidə məsələlərinə toxunursan. Sənin vicdanın ləkəlidir. Belə sözlər danışma.

Hakim: Prokuror yerdən müdaxilə etməyin.

Seyyid Fəramiz Abbasov şahidə suallar verdi.

Fəramiz Abbasov: Siz məni dövlətin qanunlarının əleyhinə danışan görmüsünüz?

Şahid: Xeyir. Əksinə siz həmişə vətənə sevigini insanlara aşılamısınız. Həmçinin dəfələrlə dövlət tədbirlərində iştirak etmiş, Xocalı, 20 yanvar haqqında danışmısınız.

Şahid hakimin Hacı Mövsüm Səmədovun çıxışı ilə bağlı verdiyi suala cavab olaraq bildirdi:

Şahid: Hacının çıxışından belə başa düşdüm ki, necə ki, həmişə sözlə mübarizə aparıb bundan sonra da eyni şəkildə davam edəcək. Ancaq qaldırılan məsələlər həll edilməzsə bu çıxışlar bir qədər intensiv xarakter alacaq.

 

Sonra məhkəməyə şahid qismində ifadə verən Kamran Qədirov dəvət olundu. O da Hacı Mövsüm Səmədov və digərlərini islama xidmət edən, mömin insan olaraq tanıdığını və verilən ittihamla razılaşmadığını açıqladı.

Yenə tərs gələn şahid ifadələri

Şahid Elxan Musayev də ifadə verərkən Hacı Mövsüm Səmədovun və digərləri haqqında müsbət fikirlər səsləndirsə də istintaqa verdiyi ifadə ilə üst-üstə düşmədi. Şahid onun ifadəsinin dəyişdirildiyini bildirdi.

Şahid: Mən ifadəni oxumamışam. Qol çəkmişəm. Bunlar mənim sözlərim deyil.

Şahid Şənlik Axundovun da ifadəsi tərs gəldi. O, məhkəməyə başqa ifadə versə də istintaqda Zülfüqar Mikayılovun onu öldürmək fətvasını vediyi “yazıb.”

Dövlət ittihamçısı Hacı Zülfüqardan bu barədə sörüşdü. Hacı Zülfüqar belə bir sözün olmadığını dedi.

Məhkəməyə şahid qismində ifadə verən Rövşən Əhmədli də onun qanunsuz yerə həbs olunaraq 10 sutka saxlanılmasını bildirdi. Hacı Mövsüm Səmədovun həbs edilməsini həbsxanada olarkən eşitdiyini dedi. Həmçinin onun hər hansı dövlət əleyhinə pis fikri olmadığını açıqladı.

Məhkəməyə şahid qismində ifadə verən Seyyid Mirhüseyn Kazımov bildirdi ki, maşınla gedəndə yolda onları polis saxlayıb və heç bir mübahisə olmadığı halda həbs edərək aparıblar.

Vəkil Anar Qasımlı əvvəlki şahidlərə verdiyi sualı təkrar etdi.

Anar Qasımlı: Siz bu şəxslərin terror, silah saxlama, dövlət çevrilişi və s. əməllər törətdiyini görmüsüz və ya eşitmisiniz?

Şahid: Bu gülüncdür. 2003-cü il 15-16 oktyabr hadisələrində insanları küçəyə tökən, iğtişaş yaradan partiyaların rəhbərləri heç həbs olunmadı? Onlara söz deyilmədi. İndi nə olub Hacı haqq söz danışıb deyə həbs edirlər.

Hakim şahidin sözünü kəsdi.

Məhkəməyə şahid qismində ifadə verən Hacı Elçin Manafov, Məmmədağa Əliyev də əvvəlki şahidlər kimi ittiham olunan şəxslərin günahsız olduğunu dedilər.

Atasının yerinə məhkəməyə gələn şahid?

Daha sonra məhkəməyə hal şahidi Taleh Piroğlanov dəvət olundu. O, Dəyanət Səmədovun evində axtarışda iştirak etdiyini dedi. Lakin Vəkillər bu adamın axtarış zamanı tərtib olunan protokoldakı ad ilə uyğun gəlmədiyini bildirdilər. Hətta imza yoxlanması da keçirildi. Lakin şahid imzaların bəzilərinin ona aid olmadığını dedi.

Rufula Axundzadə: Cənab hakim ona bir qol çəkdirin sonra imzasını yoxlayın.

Vəkillər şahidə sual verməkdən imtina edərək onun şəxsiyyətinin araşdırılmasını tələb etdilər. Hakim bir qədər iş materiallarını araşdrırdı. Məlum oldu ki, ifadədə onun adı düz gəlsə də axtarış protokolundakı adı səhvdir.

Dövlət ittihamçısı Hakimlik etmək istəyir?

Vəkil Həbib Əliyev Hakimə sual verəndə Dövlət ittihamçısı ona müdaxilə etdi. Bu yerdə vəkillər dövlət ittihamçısı arasında münaqişə yarandı.

Həbib Əliyev: Mən Hakimə sual verirəm. Siz kimsiniz müdaxilə edirsiz. Cənab hakim mən nə vaxt sizə sual verirəm bu yerindən danışır. Mən başa düşə bilmirəm burda hakim kimdir?

D.İ.: Mən etiraz edirəm

Hakim: Necə yəni kimdi burda hakim mənəm.

Həbib Əliyev: Bəs niyə sizin yerinizə danışır özü də icazə almadan. Necə olur ki, biz hər birimiz məhkəməyə hörmət edib icazə alırıq amma dövlət itihamçısı yox.

Hakim: Mən ona xəbərdarlıq etmişəm

Həbib Əliyev: Görürsüz ki, xeyri yoxdur.

Hakim: Tədbir görərik.

İstintaqçı mənə dedi ki, hacı burda yazdıqlarımın sənə dəxli yoxdur.

Şahid Fəyyaz Nəbizadə ifadə verərkən bilirdi ki, mən hacı Mövsümün çıxışını eşitmişəm və ordakıları qəbul edib bəyənirəm.

Anar Qasımlı: İfadənizi oxumusunuz?

Şahid: Yox

Anar Qasımlı: Niyə?

Şahid: İstintaqçı mənə dedi ki, hacı burda yazdıqlarımın sənə dəxli yoxdur, sən imza elə. Bu yerdə dövlət ittihamçısı yenə yerdən müdaxilə edir.

D.İ.: Yalan danışma.

Şahid: Cənab prokror bizim nəsildə yalan danışan olmayıb ağlın özünə getməsin.

Şahid qismində ifadə verən jurnalist Qurban Məmmədov əvvəlcə məhkəmə zalında iştirak etdiyi üçün onun ifadəsi alınmadı.

İslam-Azeri

  • Yazılıb
  • da (də) 2011 Sep 22