Tarix : 2011 Sep 22
Kod 25564

Abgül Süleymanov və Arif Qəniyev narkoman çıxmadılar

Abgül Süleymanov, Arif Qəniyev narkotik istifadəçisi olmadıqları məlum olub
well/Aran agentliyi

 

Abgül Süleymanov, Arif Qəniyev narkotik istifadəçisi olmadıqları məlum olub

Bu gün Bakı Apelliyasiya Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib. Hacı Abgül Süleymanovun vəkili Anar Qasımlı FaktXeber.com saytına bildirib ki, məhkəmə prosesi qapalı şəraitdə keçirilib. Məhkəmə prosesində Abgül Süleymanovun həbsinin ev dustaqlığı ilə əvəz olunması təmin olunmayıb. Məhkəmənin qırarını daha öncədən bilirdik. Lakin məhkəmələrin qərarı gələcəkdə, Avropa məhkəməsində bizə lazım olacaq. Bu səbəbdəndə məhkəmələrə müraciət etdik.

Vəkil A.Qasımlı həmçinin bildirdi ki, Abgül Süleymanov, Arif Qəniyev tibbi eksprerlrəin rəyinə görə narkotik istifadəçisi deyillər.

Qeyd edək ki, tanınmış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun olduğu evə basqın edərək onu zorakılıqla avtomobilə mindiriblər. MTN evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb.Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib.

FaktXeber

  • Yazılıb
  • da (də) 2011 Sep 22