İslam Əməkdaşlıq Təşkilatı sentyabrın 18-də Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma yerli idarəetmə orqanlarına seçkiləri tanımır”
well/Aran agentliyi
“İslam Əməkdaşlıq Təşkilatı sentyabrın 18-də Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma yerli idarəetmə orqanlarına seçkiləri tanımır”
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş “bələdiyyə seçkiləri”ni pisləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etdiyini deyib. Baş katib Ekmaləddin İhsanoğlu bildirib ki, qeyd olunan seçkilər beynəlxalq hüququn müvafiq norma və prinsiplərini pozur, buna görə də hüquqi qüvvəyə malik deyil.
O, həmçinin təmsil etdiyi təşkilatın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, müvafiq beynəlxalq hüquq normaları əsasında həllinə dair Azərbaycanın səylərinə daimi dəstəyi davam etdirəcəyini bildirib.