ل/arannews
Avqustun 11-də Lahicda qaynatasının evində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) həbs olunan ruhani Abgül Süleymanova yeni ittiham irəli sürülüb.
Bu barədə SalamNews-a açıqlama verən A.Süleymanovun vəkili Anar Qasımlı bildirib ki, yeni ittihama görə, Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. Eyni zamanda işə Cinayət Məcəlləsinin 228.1-ci maddə ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittihamı əlavə olunub.
Qeyd edək ki, dünən qapalı şəraitdə keçirlən Abgül Süleymanovun məhkəməsində ekspertizanın rəyi bele olub ki, A.Süleymanovun narkotik istifadəçisi deyil.Tibbi Ekspertiza rəyi həmçinin Arif Qəniyev və Fəramiz Abbasovun da narkotik istifadəçisi olmadıqları sübuta yetirilib.
islamazeri.az