Tarix : 2011 Sep 26
Kod 25612

Dini liderlər Bakıya gəlir

Bakıda Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü keçiriləcək
عادلی/arannews

Bakıda Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü keçiriləcək

Azərbaycan və Rusiyanın dini liderləri və ilahiyyatçılarının ikitərəfli görüşü sentyabrın 29-da Bakıda keçiriləcək. Tədbir Qafqazda terrorizm ideologiyasının yayılmasına qarşı müqavimət mövzusuna həsr olunub. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Reliqiya" görüşünün təşkilatçıları bildiriblər.

Pravoslav nümayəndə heyətinə Moskva Patriarxlığının kilsə və cəmiyyət arasında qarşılıqlı münasibətlər şöbəsinin rəhbəri, protoierey Vsevolod Çaplin, Bakı və Azərbaycanın yepiskopu Aleksandr rəhbərlik edəcəklər. Müsəlmanları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edəcək. Görüşdə Şimali və Cənubi Qafqazın iri islam ali məktəblərinin rektorları, dünyəvi alimlər və ictimai xadimlər də iştirak edəcəklər.

islamazeri.az
  • Yazılıb
  • da (də) 2011 Sep 26