Tarix : 2011 Sep 26
Kod 25615

Azərbaycan İsrailə görə narahat olmasın

İsrail Azərbaycana ziyan vura biləcək addımlar atmayacaq
عادلی/arannews

İsrail Azərbaycana ziyan vura biləcək addımlar atmayacaq.

Azadxeber.az saytını "1nyus"saytına istinadən verdiyi xəbərə görə, Sank-Peterburq Dövlət Mərkəzi universitetinin Beynəlxalq münasibətlər üzrə dosenti analitik, Anatoliy Sotniçenko Azərbaycan İsrail münasibətlərinə toxunaraq belə bir fikir bildirib:

"Azərbaycan İsrailə görə narahat olmasın. İsrail heç zaman Erməni soyqrımını və Dağlıq Qarabağın müstəqilliyini qəbul etməyəcək. Qaldı Türkiyə-İsrail məsələsinə bu düzələn bir şeydir. Bir çox Avropa dövlətləri, həmçinin Barak Obamanın özü Türkləri razı salacaq. Bu söz-söhbətlər artıq demək olar ki, öz həllini tapıb. Sadəcə olaraq Türkiyə Ərəb dünyasında nüfuz sahibi olmaq üçün müəyyən addımlar atmaq zəruriyyətindədir. İnanmıram ki,  Ankara rəsmi Bakıya İsrail məsələsində təzyiq göstərəcək. Türkiyə və Azərbaycan ayrı-ayrı dövlətlərdir. Həmçinin təzyiq göstərmənin bir əhəmiyyətidə yoxdur. Çünki axır əvvəl keçmişdəki kimi olmasada İsrail ilə Türkiyə arasında sabitlik və həmkarlıq hökm sürəcək."

  • Yazılıb
  • da (də) 2011 Sep 26