Tarix : 2011 Sep 26
Kod 25616

İlham Əliyev: ''Ölkədə qanunun aliliyi təmin edilməli, dini azadlıq, media azadlığı olmalıdır''

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər çox yüksək səviyyədədir və müzakirə olunan məsələlərin geniş gündəliyi var
عادلی/arannews

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər çox yüksək səviyyədədir və müzakirə olunan məsələlərin geniş gündəliyi var

 

Bu barədə prezident İlham Əliyev dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışında bildirib. İ.Əliyev öz çıxışının xeyli hissəsini Aİ və digər Avropa institutları ilə əməkdaşlıq mövzusuna həsr edib. “Çox şadam ki, bütün dünyadan, xüsusilə Avropa parlamenti və Avropa Şurasından olan qonaqlarımız bu gün buradadır. Bu da onun göstəricisidir ki, bizim Avropa institutları ilə çox uğurlu əməkdaşlığımız var. Avropa institutları bizim ölkənin transformasiyasında mühüm rol oynayıblar”, - İ.Əliyev vurğulayıb. “Biz ölkənin inkişaf meyarlarını Avropa dövlətlərinin standartlarına çatdırmağa çalışırıq. Eyni zamanda, biz Avropaya, belə demək olarsa, əliboş gəlmirik. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorçuluqla mübarizə, nəqliyyat məsələlərində bir çox işlər təklif edə bilərik”, - prezident vurğulayıb. Onun sözlərinə görə, bu gün Avropada Azərbaycana təkcə enerji resurslarını nəql edə bilən tərəfdaş deyil, müasir bir ölkə kimi baxırlar Azərbaycan maariflənmiş, əhalisi gənc və turizm baxımından böyük potensiala malik olan bir dövlətə çevrilibr. “Biz çox şadıq ki, neft kapitalını insan kapitalına çevirmişik. Artıq “Hollandiya sindromu”nu geridə qoymuşuq”, İ.Əliyev qeyd edib. Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlıq güclənəcək. Dövlət başçısı bu ilin yanvarında Bakıda imzalanmış “Cənub qaz dəhlizi” üzrə sazişi xatırladıb. Aİ və Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur. Bu əlaqələr qarşılıqlı hörmət və ehtiram üzərində qurulub. “Ölkədə qanunun aliliyi təmin edilməli, dini azadlıq, media azadlığı olmalıdır. Bu gün əhalimizin 50 faizi İnternet istifadəçisidir. Bu gün bizdə söz, mətbuat azadlığı var. Təbii ki, bu istiqamətdə yenə də islahatlar həyata keçirilməlidir. Biz institutları gücləndirməliyik və demokratiyanı inkişaf etdirməliyik”, - Əliyev vurğulayıb. Qarabağ nizamlanmasına toxunan dövlət başçısı Ermənistanı danışıqlar prosesini qəsdən yubatmaqda ittiham edib və ATƏT-in Minsk Qrupunu “daha fəal olmağa” çağırıb. “Ermənistan hökuməti başa düşməlidir ki, XXI əsrdə bir dövlətin beynəlxalq müstəvidə tanınmış ərazisini işğal edən digər dövlət cəzasız qala bilməz”, - o vurğulayıb. (Turan)

  • Yazılıb
  • da (də) 2011 Sep 26