''Mənim Azərbaycan və Ermənistan hökumətinə təklifim budur ki, Bakı və İrəvan danışıqlar masası arxasına əyləşib bütün məsələləri həll etsinlər
عادلی/arannews
"Mənim Azərbaycan və Ermənistan hökumətinə təklifim budur ki, Bakı və İrəvan danışıqlar masası arxasına əyləşib bütün məsələləri həll etsinlər SalamNews MehrNews-a istinadən xəbər verir ki, bunu İran prezidenti Mahmud Əhmədinejad Nyu-Yorkda bəyan edib.
O mətbuat konfransında deyib ki, NATO, ABŞ və Böyük Britaniya regional və enerji təhlükəsizliyi adı altında Fars və digər körfəzlərdə varlığını qoruyur.
Əhmədinejad deyib: “Bu ölkələrin hərbi kontingentlərinin regiondan çıxarılması halında, İran bölgə ölkələri ilə birgə regional və enerji təhlükəsizliyini təmin edə bilər”. (salamnews.org)