İsrailin “Yediot Ahronot” qəzetində Azərbaycanla bağlı sensasiion məqalə dərc olunub
well/Aran agentliyi
İsrailin “Yediot Ahronot” qəzetində Azərbaycanla bağlı sensasiion məqalə dərc olunub.
24saat.az xəbər verir ki, qəzetin iddiasına görə, Türkiyə hökuməti rəsmi Bakıya İsraillə əlaqələrini yenidən nəzərdən keçirmək üçün gizli ultumatum verib.
Türkiyənin tələblərini bu ölkənin Bakıdakı səfiri Hulusi Kılıç Azərbaycan rəsmilərinə çatdırıb. Tələblər sırasında Bakı-Tiflis-Ceyhan (BTC) boru xətti vasitəsi ilə nəql olunan neftin İsrailə satışına qadağa qoymaqda var.
Qeyd edək ki, İsrail neft ehtiyatlarının 60%-ni BTC vasitəsi ilə nəql olunan Azərbaycan və Qazaxıstan nefti ilə qarşılayır. Ölkəmizlə israil arasında 2 milyard dollarlıq ticarət dövriyyəsi var ki, bu da Türkiyə ilə ticarət dövriyyəsinin iki qatını təşkil edir.
Həmçinin, Azərbaycanla Israil arasında geniş hərbi əməkdaşlıq mövcudur.
24saat.az