Tarix : 2011 Sep 27
Kod 25631

Misir Mərdanov qərbi azərbaycanlılardan dəstək istəyib

Təhsil naziri çətin duruma düşüb
well/Aran agentliyi

 


Təhsil naziri Misir Mərdanovun durumu ağırlaşdıqca yeni çıxış yolları axtarmağa başlayır.
Çıxılmaz vəziyyətə düşən Misir Mərdanovun yadına Qərbi Azərbaycanlılar düşüb.
Bildiyiniz kimi bir ay öncə qərbi azərbaycanlıların yeni təşkilatı yaradıldı və bu təşkilatda Eldar Namazov, Əli Ömərov,Firudin Cəlilov kimi tanınmış şəxslər toplandı.
PİA.AZ- bu barədə danışan mənbənin bildirdiyinə görə, Misir Mərdanov durumu ağırlaşandan sonra təşkilat üzvlərindən olan Əli Ömərovla görüşüb. Görüş zamanı qərbi azərbaycanlılardan dəstək istənilib və yeni qurumun bütün maliyyə xərclərini də təmin edəcəyinə söz verib.
Misir Mərdanov görüşdə yaxın günlərdə istefaya göndəriləcəyini də deyib. Amma hazırda naziri qorxudan onun həbs təhlükəsidir.

  • Yazılıb
  • da (də) 2011 Sep 27