Express qəzetinin yazdığına görə, Beynəlxalq Valyuta Fondu növbəti ''Dünya iqtisadiyyatının icmalı'' adlı hesabatını açıqlayıb
well/Aran agentliyi
Express qəzetinin yazdığına görə, Beynəlxalq Valyuta Fondu növbəti "Dünya iqtisadiyyatının icmalı" adlı hesabatını açıqlayıb.
Fondun 2011-2012-ci illərə dair proqnozlarında Azərbaycanın iqtisadi inkişaf templərindən də söz açılır.
Beynəlxalq Valyuta Fonduun ekspertləri hesab edirlər ki, Azərbaycan və MDB-nin digər enerji ixrac edən ölkələrində iqtisadiyyatın mülayim inkişafı nəzərə çarpacaq. Bununla yanaşı, Azərbaycanın neft hasilatındakı fasilələr 2011-ci ilin yekununda özünü istehsalın qəfil azalmasında büruzə verəcək. Bu fonda əlavə büdcə gəlirləri səbəbindən qeyri-neft sektorunun inkişafı gözə dəyəcək. Orta perspektivdə Azərbaycanda neft hasilatının səviyyəsi aşağı düşməyə başlayacaq. O səbəbdən ki, mövcud ehtiyatlar tədricən tükənəcək.
Beynəlxalq Valyuta Fonduna görə, Azərbaycanda qiymət artımı gözlənilir və inflyasiya 10% həddinə yaxınlaşacaq: "Bu, əsasən ilin ilk yarısında xammal qiymətlərinin kəskin yüksəlişi və istehlak səbətində ərzaq məhsullarının payının çoxluğu ilə bağlıdır".