Azərbaycan R. mətbuatı dövlət orqanlarına məxsus , hökumət yönlü , müstəqil və müxalifət KİV-lərə bölünür
well/Aran agentliyi
" Turan " informasiya agentliyinin direktoru Mehman Əliyev deyib: Azərbaycan R. mətbuatı dövlət orqanlarına məxsus , hökumət yönlü , müstəqil və müxalifət KİV-lərə bölünür.
Lakin faiz baxımından götürsək , bunların arasında müəyyən tarazlıq var idi.
Ancaq son 5 ildə hakimiyyətin apardığı siyasət nəticəsində qəzetlərin 99 fayizi onun əlinə keçib. Demək olar ki , media bazarının 99 faizini dövlət , hökumət yönlü , bir neçə müstəqil və bir o qədər də müxalifət qəzeti təşkil edir. Əslində medianın böyük hissəsi, yəni 99 faizi Mətbuat Şurasında təmsil olunur. Bunların hamısını bu gün dövlət qeyri-rəsmi olaraq maliyyələşdirir. Bu gün medianın durumu budur.