Türkiyə vətəndaşlarından yüzlərlə nəfəri ölkədə NATO-nun RƏM sisteminin yerləşdirilməsinə dair rəsmi Ankaranın razılığına etiraz aksiyası keçirib
well/Aran agentliyi
Türkiyə vətəndaşlarından yüzlərlə nəfəri ölkədə NATO-nun RƏM sisteminin yerləşdirilməsinə dair rəsmi Ankaranın razılığına etiraz aksiyası keçirib.
Türkiyədə çıxan Yeni Şəfəq qəzeti internet saytının məlumatına görə dünən (25 sentyabr) RƏM sisteminin yerləşdirilməsinə zidd adlı koalisiyaların üzvlərindən yüzlərlə nəfəri İstanbulda etiraz aksiyası təşkil edərək NATO radarlarının müəyyən bir hissəsinin yerləşdirilməsinə eləcə də rəsmi Ankaranın Amerikanın qərəzli siyasətləri istiqamətində addım atmasına müxalif olduqlarını nümayiş etdirib.
Aksiyaçılar bildiriblər: Oktyabrın ikisində Malatiya vilayətinin Körəcik məntəqəsində bir yerə yığışaraq rəsmi Ankaranın sözü gedən vilayətdə yerləşdiriləcək RƏM sistemi ilə bağlı qərarına etiraz aksiyası keçirəcəklər. Ötən bir neçə gündə Türkiyədə müxtəlif mədəni,siyasi orqanlar ölkənin müxtəlif məntəqələrində etiraz aksiyaları təşkil edərək Türkiyə ərazisində NATO radarlarının yerləşdirilməsinə eləcə də rəsmi Ankaranın beynəlxalq imperializmin siyasətləri istiqamətində addımlamasını kəskin pisləyiblər.
Son zamalar Amerikalı rəsmilər etiraf ediblər ki, ərazisində NATO-da radarlarının yerləşdirilməsi Sionist İsrail rejiminin maraqlarını qorumaq istiqamətindədir.
Türkiyə hakimiyyəti ölkədə baş qadıran bu geniş xalq etirazlarına reaksiya verərək deyib: Bu RƏM sistemi regionda heç bir ölkənin təhlükəsizliyinin əleyhinə deyil və xətərli də olmayacaq .