Tarix : 2011 Sep 27
Kod 25636

Rusiyada Erməni və Yəhudi İttifaqı işinə başladı

Rusiyada Erməni və Yəhudi İttifaqı adlı qurum öz işinə başlamışdır. EHİ-na (Erməni və Yəhudi İttifaqı) təşkilati dəstək isə MDB məkanının ən iri sionist təşkilatı olan “Or-Sion” Hərəkatı verir
well/Aran agentliyi

 

Rusiyada Erməni və Yəhudi İttifaqı adlı qurum öz işinə başlamışdır. EHİ-na (Erməni və Yəhudi İttifaqı) təşkilati dəstək isə MDB məkanının ən iri sionist təşkilatı olan “Or-Sion” Hərəkatı verir. Yayılmış məlumata görə, EHİ-nin birinci dəyirmi stolu sentyabrın 27-də Rusiya Yəhudi Konqresinin sabiq binası olan “MERO” binasında keçiriləçəkdir. (kanal7.com)

Qeyd edək ki, Erməni və Yəhudi İttifaqı qrupu 2008-ci il sentyabr ayının 6-da Rusiyanın paytaxtı Moskvada Dmitriy Aşurov və Qurgen Sarkisyan tərəfindən yaradılmışdır. Elan edildiyinə görə, qrupun yaradılmasında qarşıya qoyulmuş məqsəd hər iki xalqın milli xüsusiyyətlərini (o cümlədən, dilini, mədəniyyətini, ənənələrini) qorunub saxlanması və qarşılıqlı sosial dəstək (o cümlədən, tibbi və hüquqi yardım, işlə təmin etmə, ixtisaslararası əməkdaşlıq, gənclərlə, veteranlarla, qaçqınlarla bağlı problemlərin həlli və s.) göstərilməsi və həmçinin Ermənistan-İsrail arasında münasibətlərin yaxşılaşdırılmasıdir.

 

Redaksiyadan:

Diqqətəlayiqdir ki, son zamanlarda Fələstinin dövlət müstəqilliyinin dünya səviyyəsində tanınması barədə işlərin getdiyi zaman, İsrail rejiminin blokadası altında olan Qəzzaya Türkiyənin “Mavi Mərmərə” gəmisinə qarşı sionistlərin törətdiyi cinayətə görə onların üzr istəmə və kompensasiya ödəmə məsələsinin aktual olduğu zaman, Qarabağın azad edilməsi istiqamətində bütün sülh variantlarının demək olar ki, tükəndiyi zaman, hər iki rejimin azğın mahiyyətinin artıq bütün dünyaya daha da aşkar olunduğu zaman - belə bir toplantı keçirilir. Ümidvar olmaq istərdik ki, bütün dünyada öz aqressiv, təcavüzkar və işğalçı siyasətləri tanınan hər iki rejimin ittifaq yaratmış nümayəndələri özlərinin qəddarlıq təcrübələrindən bir-biri ilə bölüşməyəcəklər.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Sep 27