Tarix : 2011 Sep 27
Kod 25639

Ramiz Mehdiyev yenə də beynəlxalq SƏHƏR kanalını ittiham etdi

Azərbaycan Respublikası president administriyasının rəhbəri Ramiz Mehdiyev bir daha beynəlxalq SƏHƏR kanalını ittiham edib
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikası president administriyasının rəhbəri Ramiz Mehdiyev bir daha beynəlxalq SƏHƏR kanalını ittiham edib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev beynəlxalq SƏHƏR kanalını bədnam kanal adlandırıb və onu yalan yaymaqda ittiham edib.

Ramiz Mehdiyev qərəzli iddiasında əlavə edib : ""Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq. Bədnam "Səhər 1" beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanıb və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır."

Ramiz Mehdiyev həmçinin deyib : "Azərbaycan informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir. Son bir ildə ölkəmizin dövlət orqanlarının və digər müəssisələrinin kompyuter sistemlərinə haker hücumlarının sayı artıb. İnformasiya təhlükələrinin təşviş əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi bütövlüyü haqqında informasiyanın təhrif edilməsi, terrorçu və separatçı radikal-dini fəaliyyətə təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir".

Ramiz Mehdiyevin vurğulayıb ki, bu cür hərəkətlər çox vaxt "qonşu Ermənistan"-ın informasiya strukturları tərəfindən törədilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yerli telekanallarının qeyri düzgün informasiya çatdirması və müsəlman Azərbaycan Respublikası xalqının milli mentalitetinə zidd veriliş yayımlaması fonunda rəsmi Bakı beynəlxalq SƏHƏR kanalının düzgün informasiya çatdirmasını xüsusən dini durumun işıqlandırmasını əngəlləmək istəyir.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 27