Tarix : 2011 Sep 27
Kod 25642

Prokuror 2 aprel məhbuslarına cəza istəyib

Məhkəmə müdafiə tərəfinə çıxış üçün vaxt verib və iclas sentyabrın 28-dək təxirə salınıb
well/Aran agentliyi

 

Məhkəmə müdafiə tərəfinə çıxış üçün vaxt verib və iclas sentyabrın 28-dək təxirə salınıb.

Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə başlanılan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxslər ifadə verərək aksiya zamanı paytaxt sakinlərinin istirahət hüququnu pozmadıqlarını və nəqliyyatın hərəkətini məhdudlaşdırmadığını deyiblər.

Təqsirləndirilən şəxslər dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunduqlarını bildiriblər.

Sonda prokuror ittiham olunan şəxslərə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.

  • Yazılıb
  • da (də) 2011 Sep 27