Tarix : 2011 Sep 27
Kod 25644

Hacı Tale Bağırova qarşı yeni ittiham

Hicab məhbusu, ilahiyyatçı Hacı Tale Bağırova yeni ittiham irəli sürülüb
well/Aran agentliyi

 

Hicab məhbusu, ilahiyyatçı Hacı Tale Bağırova yeni ittiham irəli sürülüb.

May ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak etmiş və həbs edilmiş İlahiyyatçı Hacı Tale Bağırov sentyabr ayının 22-si Nərimanov Rayon Baş Polis İdarəsinə gətirilib.

Höccətul-islam Hacı Tale Bağırovun vəkili İntiqam Hacıyevin Azadxeber.az saytına verdiyi məlumata görə Tale Bağırova yeni ittiham irəli sürülüb.

Beləki Bağırov Tale Kamil oğlu indiyə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunurdu.Vəkil İntiqam Hacıyevin sözlərinə görə, Hacı Tale Bağırova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq- iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə) maddəsi ilə yeni ittiham əlavə olunub.

  • Yazılıb
  • da (də) 2011 Sep 27