DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu oktyabrın 3-də Strasburqda işə başlayacaq Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasına dəvət almışdır
well/Aran agentliyi
DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu oktyabrın 3-də Strasburqda işə başlayacaq Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasına dəvət almışdır.
Sessiya çərçivəsində Avropa Şurası daxilində əməkdaşlıq, yenilənmiş dünyada demokratik proseslər, insan haqları, KİV-lərin inkişafı kimi məsələlər müzakirə ediləcək.
Türkiyədə keçirilmiş parlament seçkilərində müşahidəçilik məsələsi də AŞPA-nın gündəliyində olan mövzulardandır. AŞPA-nın bu sessiyasının gedişində Fələstin rəhbəri Mahmud Abbasın da çıxış edəcəyi gözlənilir.
İlqar İbrahimoğlu Varşava sammitinə qatılacaq
DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu Avropa İttifaqının rəsmi dəvətilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində Varşavada keçiriləcək toplantıya qatılacaq. Sentyabrın 29-da Varşavada Vətəndaş cəmiyyəti Forumunun Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin iclası öz işinə başlayır. Tədbirdə dövlət başçıları, siyası xadimlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcəklər.
Ekspertlər hazırkı sammitin böyük əhəmiyyət kəsb etməsinə diqqət çəkirlər. Qeyd edilir ki, burada azad ticarətdən tutmuş, viza rejiminin sadələşdirilməsinə qədər qlobal məsələlər müzakirə ediləcək. Ümumilikdə, toplantıda insan haqları və demokratiya, iqtisadi inteqrasiya, ətraf mühitin mühafizəsi, insanlararası münasibətlərin inkişafı kimi istiqamətlər üzrə müzakirələr aparılacaqdır.
Vətəndaş cəmiyyəti təmsilçiləri bu toplantıda Avropa İttifaqı tərəfindən vətəndaş cəmiyyətlərinin real inkişafına töhfə verilməsi məsələsini gündəmə gətirəcəklər.
Deyerler.Org