Ümumiyyətlə, Azərbaycanda azad məhkəmə sistemi olmadığından mən ruhanilərin məhkəməsindən heç də ədalətli qərar gözləmirəm
well/Aran agentliyi
“Ümumiyyətlə, Azərbaycanda azad məhkəmə sistemi olmadığından mən ruhanilərin məhkəməsindən heç də ədalətli qərar gözləmirəm”.
Bu sözləri Birlik.az saytına İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov ruhanilərin məhkəməsi ilə bağlı sualları cavablandırarkən bildirib.
Natiq Kərimov həmçinin qeyd edib ki, ruhanilərlə yanaşı, 2 aprel mitinqində həbs edilmiş vicdan məhbuslarının məhkəməsi də islamçıların məhkəməsi kimi eyni ssenari üzrə keçirilir.
“Ruhanilərin axırıncı məhkəməsində şahidlərin verdiyi ifadələrdə açıq-aşkar görünür ki, ruhanilərə atılan, böhtandan başqa bir şey deyil. Ümumiyyətlə, boş kağıza qol çəkdirib, sonra kiminsə adından izahat yazmaq o deməkdir ki, burada hüquq yoxdur. Bu açıq açkar sifarişlə həyata keçirilən oyundur. Bu olanlarla yanaşı, bütün vicdan məhbuslarının həbsini qəti surətdə pisləyir və bunlara son qoyulmasını tələb edirik”, - deyə Natiq Kərimov bildirib.
islamazeri.az