Tarix : 2011 Sep 28
Kod 25662

AR-sı məktəblərində hicabın qadağan olması Tehranda bu ölkə səfirliyi qarşısında məhkum edildi

Aksiyaçılar Tehranda AR-sı səfirliyi qarşısında Bakı dövlətinin islamçılara qarşı təzyiqlərini məhkum etdilər
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

"Arannews"in Səhər Beynəlxalq kanalına istinadla verdiyi xəbərə əsasən, çərşənbə axşamı Tehranın azəri dilli sakinlərindən bir dəstəsi Azərbaycan Respublikasında məktəbli qızlara qarşı hicab qadağanının davam etməsini məhkum edən aksiya keçirdilər. Aksiya iştirakçıları hicab qadağasının ləğvini və həbs edilmiş hicab müdafiəçilərinin, islamçıların azadlığını tələb edən şüarlar səsləndirdilər.

İştirakçılar bu aksiyada "Hicab müxalifləri sionizm nökərləridir", "Ey hicablı bacım səni dəstəkləyirik", "Hicab qadağası ABŞ sifarişidir", "Azərbaycan oyaqdır, öz dininə dayaqdır", "Hicab məhbuslarına azadlıq", "Hicab müdafiəçilərinin həbsi ABŞ sifarişidir", "Məhbuslara işgəncə Allahla müharibədir" şüarları və "Allahu Əkbər" nidaları səsləndirməklə Azərbaycan Respublikası xalqı ilə həmrəy olduqlarını bildirdilər.

  • Yazılıb
  • da (də) 2011 Sep 28