Tarix : 2011 Sep 28
Kod 25669

Türkiyədən Azərbaycana İsrail xəbərdarlığı

Xəbəri ABŞ saytı yayıb
well/Aran agentliyi

 

ABŞ-dan yayımlanan internet saytı, Türkiyənin Azərbaycan Səfirliyinin Bakı hökumətindən İsraillə əlaqələrini yenidən gözdən keçirməsini istədiyini yayıb.

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Bakıdakı Səfiri Hulusi Kılıç, İsraillə çox yaxın iqtisadi və hərbi əlaqələri olan Azərbaycana, İsraillə mübarizədə Ankaranın yanında yer alaraq bu ölkə ilə əlaqələrini nəzərdən keçirməsini istəyib.

Xəbərə görə Kılıç həmçinin İsrailin, Bakı-Tbilisi-Ceyhan boru xəttində meydana gələ biləcək problemləri gözardı etməməsini istəyərək Təl Əvivə xəbərdarlıq edib. Xəbərdə həmçinin, Türkiyə mövzusunda Ameria saytına müsahibə verən İsrailin Azərbaycandakı səfiri Mayk Lavon Lotemin də üçüncü ölkənin maraqlarının Təl Əviv-Bakı əlaqələrinə təsir etməməsi lazım olduğunu bildirib.

Bu iddiaları ortaya atan ABŞ saytın adı isə naməlum olaraq qalır.

Qeyd edək ki, İsrail, neft ehtiyacının 50%-ni Bakı-Tbilisi-Ceyhan boru xəttindən gələn Azəri və Qazax nefti ilə ödəyir.

Bakı Təl-Əvivlə həmçinin geniş ölçülü hərbi əməkdaşlıq içindədir. İsrail Azərbaycana yeni texnologiyalı silahların satışıni icra edir. Həmçinin Azərbaycan ordusunun təlimini də İsrail həyata keçirir. Bundan başqa İsrailin Elbit şirkəti, Azərbaycanla ortaq “Heron” casus təyyarəsinin istehsalına hazırlaşır.

  • Yazılıb
  • da (də) 2011 Sep 28