well/Aran agentliyi
Bu gün Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bugünki proses zamanı bir neçə şahid ifadələri dinlənilib. Şahid qismində ilk olaraq Mirməmmədov Mirələsgər dəvət olunub. O, təqsirləndirilən şəxslərin əksəriyyətinin Azərbaycanın ən tanınmış övladları olduğunu bildirib.
Növbəti məhkəmə iclası sentyabrın 28 saat 10.00-a təyin olunub.
Xatırladaq ki, Mövsüm Səmədov bu il yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunur.
SalamNews