Tarix : 2011 Sep 28
Kod 25671

''Qarabağ münaqişəsini hərbi yolla həll etmək mümkün deyil''

Mən belə qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində daha maraqlıdır
well/Aran agentliyi

 

Mən bir daha xatırladıram ki, Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək mümkün deyil.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu gün jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, mən Azərbaycanda dövlət rəsmləri ilə keçirdiyim bir sıra görüşlərdən belə qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində daha maraqlıdır: "Bundan başqa, son vaxtlar Azərbaycan tərəfinin verdiyi bəyanatlardan da məlum olur ki, münaqişənin hərbi yolla yox, danışıqlar yolu ilə aparılmasında daha çox səy göstərilir".

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 28