Tarix : 2011 Sep 28
Kod 25672

Ermənilərə 40 milyon yardım

ABŞ Ermənistana və qondarma Dağlıq Qarabağa yardımı nəzərdə tutan yeni büdcə proqramı hazırlayıb
well/Aran agentliyi

 

Erməni saytının verdiyi xəbərə görə, Amerikanını Erməni Assambleyası Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuş yardımların ümumilikdə 626,7 milyon dollar təşkil etdiyini bildirib. Ermənistana çatacaq yardımın həcmi isə 40 milyon dollardır. Qondarma Dağlıq Qarabağa edilən yardımlar isə Qarabağ müharibəsində zərər çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıdığı qeyd edilib.

Saytın yazdığına görə, iyulda Senatın alt komitəsi Dağlıq Qarabağa heç bir yardımın ayrılmayacağı ilə bağlı layihəni təsdiqləsə də, ABŞ hər il Qarabağa 10 milyon dollar ayırır.

Konqresmen Frenk Pallone təxsisatlarla bağlı komitəyə müraciət edərək Dağlıq Qarabağa da yardımın edilməsini xahiş edib. O, qeyd edib ki, bundan imtina ABŞ-ın reytinqinə ciddi zərbə vuracaq. 

  • Yazılıb
  • da (də) 2011 Sep 28