Azərbaycan İslam partiyasının rəhbər üzvləri və hicab müdafiəsinə görə həbs olunmuş ruhanilərin məhkəməsində şahidlərin islamçıların üzlərinə durdurulması gülünc atmosfer yaradıb
well/Aran agentliyi
Azərbaycan İslam partiyasının rəhbər üzvləri və hicab müdafiəsinə görə həbs olunmuş ruhanilərin məhkəməsində şahidlərin islamçıların üzlərinə durdurulması gülünc atmosfer yaradıb.
Məhkəmənin gedişatı barəsində Faktxəbər saytında yerləşdirilmiş reportajdan məlum olur ki, Azad Əkbərov adlı vətəndaş müstəntiq tərəfindən yalan ifadə vermək üçün şahid qismində tutulubmuş.
Lakin Azad Əkbərov məhkəmədə maraqlı məqamlara toxunub.
A.Əkbərov məhkəmədə təqsirləndirilən şəxsləri ümumiyyətlə tanımadığını bildirib.
A.Əkbərov deyib: Mənə müstəntiq dedi ki, Səhər kanalı var. Onun bağlanması ilə əlaqədar çağırılıbsan. Sonra mənə dedilər ki, məhkəməyə niyə getməyibsən? Dedim nə olub? Dedilər: Fəraməz adlı biri var. Sən onun üzünə durubsan. Mən də dedim ki, adam savadsız olanda belə edərlər?
A.Əkbərovun sözlərindən narahat olan dövlət ittihamçısı ondan soruşub ki, protokolu oxumusunuz? Şahid isə cavab verib: Mən yazmağı bacarmıram. Ona görə də oxumamışam. Dedilər adam lazımdır İranın kanalını bağlamaqdan ötəri. Dövlət ittihamçısı isə soruşur: Sənin sözünlə bağlayacaqlar o kanalı?
Şahid cavab verib: Mən nə bilim? Dedilər qol çək. Mən də imzaladım.
A.Əkbər sonra seyid Fəramizi ümumiyyətlə tanımadığını məhkəməyə bildirib.