Azərbaycanın müxtəlif bölgələrində orta məktəbə hicabla gələn şagirdlər dərsə buraxılmır
well/Aran agentliyi
Azərbaycanın müxtəlif bölgələrində orta məktəbə hicabla gələn şagirdlər dərsə buraxılmır.
Salyan sakinlərinin İslamazeri.az-a verdiyi xəbərə görə, dünəndən etibarən Salyanın 7 və 8 saylı orta məktəblərində dərsə məktəbli forması ilə gedən hicablı şagirdlər dərsə buraxılmayacaqları barədə məlumat verilib.
Şagirdlərin valideynlərinə bildirilib ki, "Şagirdlər orta məktəblərdə vahid məktəbli forması ilə gəlməlidirlər. Hicabla dərsdə oturmaq olmaz. Hicablı şagirdlər məktəbə buraxılmayacaq".