Tarix : 2011 Sep 28
Kod 25678

Prokuror AİP üzvləri və ruhanilərə cəza istədi

Məhkəmə oktyabr ayının 3-dək təxirə salındı
well/Aran agentliyi

 

Sentyabrın 28-də dövlət Bakı Ağır Cinayətlər məhkəməsində ittihamçısı Vüqar Quliyev Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin işi üzrə təklifini verdi.

Belə ki, prokuror cinayət işini sübut olunmuş hesab edərək Hacı Mövsüm Səmədov, Hacı Fəramiz Abbasov, Hacı Ruhulla Axundzadə və Hacı Vaqif Abdullayevə 12 il, Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevə isə 11 il həbs cəzası istədi. İttiham olunan Hacı Zülfüqar Mikayılzadınin ruhani olduğu, cəmiyyətdəki mövqeyi, o cümlədən himayəsində 3 azyaşlı uşağın olması nəzərə alınaraq 5 il müddətinə şərti caza verilməsi məhkəmədən istənildi. Məhkəmə vəkillərin çıxışı üçün vaxt təyin etdi.P

rokuror çıxışı zamanı bir sıra maraqlı məqamlar yaşandı. Ruhulla Axundzadə prokurora etiraz edək onun yalan danışdığını və məhkəmədən bu çıxışı saxlamağı tələb etdi. Lakin hakim buna əhəmiyyət verməyərək ona öz növbəsini gözləməyi tövsiyyə etdi. Bundan başqa dövlət ittihamçısı bütün ittiham olunan şəxslər barədə sənədlər, sübutlar. Şahid ifadələri gətirsə də Hacı Vaqifin adını bir dəfə də olsun çəkmədi. Lakin sonda ona 12 il cəza istədi.

Məhkəmə oktyabr ayının 3-dək təxirə salındı.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq);

214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq);

228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə);

278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunur.

Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 214-cü maddəsi (Terrorçuluq) və onun ayrı-ayrı bəndləri ilə təqsirləndirilən şəxslərə əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.Bu maddəyə Cinayət Məcəlləsinin 28-ci maddəsi (Cinayətə hazırlıq) tətbiq olunur. Qanuna görə, hər hansı maddəyə 28-ci maddə tətbiq olunursa, bu zaman əsas maddədə göstərilən cəzanın yarı müddəti tətbiq olunur.Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə təqsirləndirilən şəxsləri beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə təqsirli bilinənlər on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə qarşılaşa bilərlər.

 

Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinənə müəyyən miqdarda cərimə cəzası tətbiq olunması, yaxud iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilməsi mümkündür.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 28