Səbayel rayon məhkəməsinin qarşısına toplaşan müxalifətçilər növbəti dəfə polis hücumuna və fiziki təzyiqlərə məruz qalıb. Bu barədə musavat.com-a ''Yeni Müsavat''ın əməkdaşı Elmin Bədəlov xəbər verib
عادلی/arannews
Səbayel rayon məhkəməsinin qarşısına toplaşan müxalifətçilər növbəti dəfə polis hücumuna və fiziki təzyiqlərə məruz qalıb. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın əməkdaşı Elmin Bədəlov xəbər verib.
Onun sözlərinə görə, İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs edilmiş və hazırda Səbayel rayon məhkəməsində mühakimə olunan müxalifət fəallarının məhkəməsi bitəndən sonra, məhbuslara dəstək vermək üçün məhkəmə binasının önünə toplaşan 100 nəfərə yaxın müxalifətçi "Məhbuslara azadlıq", "İstefa" şüarları səsləndiriblər. Bu zaman yaxınlıqda toplaşmış polislər onların üstünə hücum edərək toplaşanları dağıtmağa, susdurmağa cəhd göstəriblər və qarşıdurma yaranıb. Qarşıdurma zamanı bir neçə müxalifət fəalı döyülüb, yüngül xəsarətlər alıblar.
Xatırladaq ki, ötən həftə Səbayel məhkəməsinin önündə bənzər hadisə baş vermişdi.