Tarix : 2011 Sep 29
Kod 25693

Azərbaycan İslam Partiyasının fövqəladə toplantı keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi ilə birlikdə fövqəladə toplantı keçirib
عادلی/arannews

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi ilə birlikdə fövqəladə toplantı keçirib

HaqqYolu - Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi ilə birlikdə fövqəladə toplantı keçirib.

AİP-in mətbuat xidmətindən  verilən məlumata görə, toplantıda islamçıların məhkəmə istintaqının son iclasında dövlət ittihamçısının müttəhimlər üçün ədalətsiz və ağır cəza istəməsi kəskin tənqid olunub. AİP rəhbərliyi və müdafiə komitəsinin üzvləri prokurorun gözlənilməz mövqeyini, sifarişli həbslərin bu cür sonunclanmasına etiraz bildirərək, qanunsuzluğu pisləyiblər.

Toplantıda müdafiə komitəsinin və AİP-in atacağı addımlar haqqında qərar qəbul olunub. Belə ki, gələn həftə mətbuat konfransı keçiriləcək və kütləvi aksiyalara start veriləcəyi barədə müzakirələrə başlanılacaq. 

  • Yazılıb
  • da (də) 2011 Sep 29