Tarix : 2011 Sep 29
Kod 25699

Yenilməz qüvvət, hikmət sahibinini adı ilə!

Son günlər Azərbaycan hökuməti xalq və ruhanilərin susmasından istifadə edib islamçılara qarşı daha sərt kurs götürmüşdür
well/Aran agentliyi

 

BƏYANAT!

Son günlər Azərbaycan hökuməti xalq və ruhanilərin susmasından istifadə edib islamçılara qarşı daha sərt kurs götürmüşdür. İqtidar bu xalqın şərəf və namusu keşiyində dayanmış pak və təmiz din xadimlərinə və möminlərə qarşı İslam düşmənləri tərəfindən gələn sifarişli hökmlər irəli sürür. Bununla bir daha sübut olur ki, müharibə şəraitində olmasına baxmayaraq, iqtidar nümayəndələri bu xalqın şərəf və ləyaqətini qorumağa qadir deyillər.

İnanclı insanlar şərəf və ləyaqət uğrunda, ana-bacılarımızın baş ötrüyünü qoruduqları üçün dövlət məmurları tərəfindən şərlənib həbs olunmuşlar. Əvvəlcə bütün dünyada istehzaya səbəb olan “sifarişli məhkəmə şoosu” keçirilir, daha sonra pak insanlar ən ağır cinayətlərlə ləkələnərək həbsə alınır. Demək, xalqımız hələ də bütün sahələrdə öz müstəqilliyini tam əldə etməyib. Belə iqtidar və məmurlarla nə iyirmi ildən bəri işğal altında olan topraqlarımızı azad edə bilərik, nə də bu xalqın izzət, şərəf və ləyaqtəini, müstəqilliyini qoruya bilərik!

Bütün bunları nəzərə alaraq, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bütün bu bədbəxtçilikləri xalqımızın başına gətirən iqtidarın nəzərinə çatdırır ki, xalqın şərəf və layəqətini qorumaq uğrunda etiraz səslərini qaldırmış mübariz din xadimləri və möminləri həbsdə saxlamaqla, Azərbaycanda pak və mənəvi dəyərlər uğrunda oyanışının ikinci, daha ciddi və mühüm mərhələsinə qədəm qoymuş oluruq.

Şərəfli və namuslu xalqımız heç vaxt iqtidarın onların başına gətirdiyi bu zülm və özbaşnalığa tab gətirməyəcək. Müqəddəs topraqlarımızı, İslamımızı və Quranımızı qorumaqdan ötrü son damla qanımıza və müqəddəs şəhadət şərbətini içənə qədər, həm xarici düşmənlərimizlə, həm də daxili düşmənlərimizlə mübarizə aparacağıq!

 

Yaşasın Azadlıq!

Yaşasın Müstəqillik!

Yaşasın İslam!

Yaşasın Şəhidlər!

Yaşasın Allahın məhbus aşiqləri!

Rədd olsun xainlər!

Rədd olsun torpaq satanlar!

Rədd olsun İslamla vuruşanlar!

Hicab.org

  • Yazılıb
  • da (də) 2011 Sep 29