Tarix : 2011 Sep 29
Kod 25700

''Orta məktəblərdə dinin tədrisi ilə bağlı addımlar atılacaq''

Hacı Sabir Həsənli: “Düşünürəm ki, Azərbaycanda gec-tez orta məktəblərdə dinin tədrisi ilə bağlı addımlar atılacaq”
well/Aran agentliyi

 

“Orta məktəb proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox xeyirli olardı”.Bu açıqlamanı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli verib. O fikrini əsaslandırmaq üçün Rusiyanı misal çəkib: “Rusiyanın 19 vilayətində orta məktəblərdə din dərsləri keçirilir, bu fənni tədris etmək üçün kadrlar hazırlanır. Bakı məktəblərindən birində də belə bir eksperiment keçirmək olar. Görək necə effekt verəcək. Hesab edirəm ki, belə dərslər faydalı ola bilər. Başqa ölkələrdə də belə addımlar atılır. Düşünürəm ki, Azərbaycan gec-tez bu istiqamətdə addım atacaq”. Hacı Sabir deyib ki, söhbət məktəblərdə namaz qılmaqdan deyil, uşaqlara din haqqında ümumi məlumat verməkdən, təkcə islam dini deyil, digər dini cərəyanlar barədə məlumatlandırmaqdan gedir.

  • Yazılıb
  • da (də) 2011 Sep 29