Əsgər öldü. O, ölməyə də bilərdi
well/Aran agentliyi
Əsgər öldü. O, ölməyə də bilərdi.
Əsgər öldü. Vəziyyət o həddə çatıb ki, hər gün əsgər ölə bilər.
Əsgər öldü. Onun ölümündə günahkar olanlar var.
Əsgər öldü. O düşmən gülləsindən ölməyib.
Əsgər öldü. Onun ölümündə günahkar olanlar isə düşməndir.
Müharibənin ən qızğın çağlarında Türkiyədən gələn hərbçilər cəbhə xəttinə yaxın hərbi hisslərdə olmaq istəyir. N saylı hərbi hissəyə xəbər verilir ki, qonaqlar gələcək şəxsi heyət hazırlansın. Komandir şəxsi heyətin təminatının normal olduğunu bildirsə də rəhbərlik bunu qulaqardına vurur. Bunu görən komandir əsgərlərdən bir neçəsini sıraya ayaqyalın çıxarır. Amma onlar arxa cərgədə düzülür. Sonda əsgərlərə qonaqların qarşısından fəxri keçid etmək əmri verilir. Ayaqqabısı olan əsgərlər hansı şövqlə addımlayırsa ayaqyalın əsgərlər də onlardan geri qalmır.
Bunu görən Türk generalı cərgəni saxlayır, ayaqyalın əsgəri bağrına basır və deyir: “Bizim belə əsgərimiz olsa dünyanı fəth edərdik”.
Biz dünyanı fəth etmirik.
Biz heç Qarabağa qayıda da bilmirik.
Qarabağa qayıda bilmirik.
Bəlkə ona görə ki, əsgərimizi öldürürük.
Axı ölü əsgərlə Qarabağa necə qayıtmaq olar?
Asəf Quliyev