Tarix : 2011 Sep 30
Kod 25710

Qazaxıstanda ibadət qadağası

Yeni qanun dövlət təsisatlarında ibadət otaqlarını qadağan edəcək, və hazırda mövcud olan dini qrupları yenidən dövlət qeydiyyatından keçməyə məcbur edəcək
well/Aran agentliyi

 

Yeni qanun dövlət təsisatlarında ibadət otaqlarını qadağan edəcək, və hazırda mövcud olan dini qrupları yenidən dövlət qeydiyyatından keçməyə məcbur edəcək.

Qazaxıstan parlamentinin yuxarı palatası dini fəaliyyətə dair sərt yeni qanun qəbul edib.

Voanews.com saytının verdiyi xəbərə görə, qanunun tərəfdarları onun dini ekstremizmə qarşı mübarizədə effektiv olacağını deyir, əleyhdarlar isə qanunu din azadlığına zərbə kimi qiymətləndirirlər.

Qanun tezliklə prezident Nursultan Nazarbayev tərəfindən imzalanacağı gözlənilir. Bu sənədin təşəbbüskarı da məhz prezident olub.

Xatırladaq ki, 16.5 milyon əhalisi olan Qazaxıstanda vətəndaşların 70 faizi müsəlmandır.

Xeber44 

  • Yazılıb
  • da (də) 2011 Sep 30