Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün mühakimə edilən müsəlmanlara dəstək verdiklərini göstərmək məqsədi ilə beynəlxalq həmrəylik karvanının təşkili planlaşdırılır
well/Aran agentliyi
Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün mühakimə edilən müsəlmanlara dəstək verdiklərini göstərmək məqsədi ilə beynəlxalq həmrəylik karvanının təşkili planlaşdırılır.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, aksiya mərkəzi İstanbulda yerləşən Beynəlxalq İslami Ədalət və Azadlıq Komitəsi tərəfindən təşkil edilir. Aralarında insan hüquq müdafiəçiləri, jurnalistlər, hüquqşünaslar və qeyri-hökumət təşkilatları nümayəndələrinin olduğu beynəlxalq həmrəylik karvanının Azərbaycana gəlməsi qərarlaşdırılıb.
Komitə tərəfindən verilən açıqlamada deyilir ki, karvanın yolaçıxma tarixi və marşrutu ilə bağlı məlumat yaxın gələcəkdə bildiriləcək.