Tarix : 2011 Oct 01
Kod 25720

Azərbaycanda İran mədəniyyət həftəsi keçiriləcək

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Azərbaycanda İranın mədəniyyət həftəsinin keçiriləcəyindən xəbər verib
well/Aran agentliyi

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Azərbaycanda İranın mədəniyyət həftəsinin keçiriləcəyindən xəbər verib.

İranın Bakıdakı səfiri Məhəmməd Baqir Bəhrami bu haqda məlumat verərək deyib: Oktyabrın üçündən 7-sinə qədər keçiriləcək İran İslam Respublikasının Azərbaycan Respublikasındakı mədəniyyət həftəsində İranın mədəni məhsulları sərgisinin təşkil edilməsi və İran filmlərinin ekran edilməsindən əlavə incəsənət xadimləri teatr və İran musiqisini icra edəcəklər.

Bəhrami həmçinin Quran Kərimlə ünsiyyət məclisinin keçirilməsi habelə məşhur şairlər Şəhriyar və Nizami Gəncəvinin İranla Azərbaycan Respublikası arasındakı mədəniyyət əlaqələrinin möhkəmləndirilməsindəki rollarının şərh edilməsi konfransının keçirilməsini İranın Azərbaycan Respublikasındakı mədəniyyət həftəsinin başqa proqramlarından olduğunu bildirib.

İranın mədəniyyət və islami irşad nazirliyinin ictimai əlaqələr və media baş idarəsinin sədri Məhəmməd Əli Münfərid də Tehranın Azərbaycan Respublikası ilə mədəni məhsullar və media informasiyalarının mübadiləsi üzrə hazırlığını bildirib və azəri kütləvi informasiya vasitələrindən istəyib ki, dolğun mədəni ortaqlıqlara malik olan iki qonşu ölkə arasındakı əlaqələrin günü-gündən gücləndirilməsi istiqamətində səy göstərsinlər.

Münfərid həmçinin İranlaAzərbaycan Respublikası  arasında müştərək tarixi filmin istehsal edilməsi ehtimalından xəbər verib.

  • Yazılıb
  • da (də) 2011 Oct 01