Tarix : 2011 Oct 01
Kod 25721

Beynəlxalq Azərbaycan Hicab məhbusları konvoyu

Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün mühakimə olunan müsəlmanlarla həmrəylik məqsədiylə beynəlxalq konvoy təşkil edilir
well/Aran agentliyi

 

İslamazeri.az-ın "Velfecr"-ə istinadən verdiyi  xəbərə görə, Mərkəzi İstanbulda olan Beynəlxalq İslami Ədalət və Azadlıq Komitəsi, Azərbaycandakı hicab məhbusları ilə həmrəylik məqsədiylə konvoy təşkil edir.

Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsini və İslami dəyərlərə yönəlmiş təzyiqləri etiraz etmək, hicab qadağasına etirazlarından ötəri həbs olunub haqqlarında cinayət maddəsi istənən hicab məhbusları ilə həmrəylik içində olmaq məqsədiylə, aralarında insan haqqları nümayəndələri, jurnalistlər, hüquqçular və vətəndaş cəmiyyət quruluşları nümayəndələrinin olduğu beynəlxalq konvoyun Azərbaycana gəlməsi planlaşdırılır.

Komitə tərəfindən verilən açıqlamada, konvoyun yaxın günlərdə yola çıxacağı qeyd edilib.

Beynəlxalq İslami Ədalət və Azadlıq Komitəsi tərəfindən konvoy ilə əlaqədar verilən açıqlamada, "bu gün regional İslami oyanış hərəkətlərinin dalğa dalğa yayıldığı, zalım diktatorların aşdığı, haqqların azadlıq və ədalət tələbləri ilə ayağa qalxdığı bir dövrdə, Azərbaycanda dindar insanlara tətbiq olunan təzyiq və zülmlər İslam dünyasının diqqətini çəkməkdədir. Bu zülm və zorakılıqlara qarşı beynəlxalq etiraz etmək məqsədi ilə konvoy təşkil edirik. Təxminən 50 avtomobillə təşkil edəcəyimiz bu konvoy ilə, həm Azərbaycandakı zülmləri dünya ictimaiyyətin gündəminə daşımaq, həm də Azərbaycanda cinayət maddələri ilə mühakimə olunan qardaşlarımızla sonuna qədər həmrəylik içində olduğumuzu göstərmək istəyirik" deyilib.

Açıqlamanın davamında, konvoyun Azərbaycana girişinin qarşısının alınacağı təqdirdə isə lazımi hər addımı atacaqlarını bildiriblər: "Konvoyun Azərbaycana girişinin önlənəcəyi təqdirdə Azərbaycandakı rəhbərliyin bütün olanlardan məsul olacağını, haqsızlıq və zülmlər qarşısında reaksiyalarımızın artaraq davam edəcəyini ifadə etmək istəyirik".

Başda AİP rəhbəri Mövsüm Səmədov olmaqla Ağır Cinayət Məhkəməsində mühakimə olunan hicab məhbusları haqqında 12 il həbs cəzası istəndiyinə diqqət çəkən açıqlamada: "İnanclarını və dinin hökmlərini müdafiə etməkdən başqa heç bir günahı olmayan insanlar üçün 12 il həbs cəzasının istənməsi, bu ölkədə dindar insanlar üzərində nə cür barbarca bir hücumun olduğunu və despotizmin necə yüksəldiyini göstərməkdədir. Dünyanın heç bir yerində belə bir zülm görülməmişdir. Azərbaycanın paytaxtı Bakının İslam Mədəniyyət Şəhəri olaraq tanıdıldığı bir zamanda, Müsəlman ziyalıların və İslam alimlərinə belə cəzaların verilməsi bizə Firon dövrünü xatırlatmaqdadır."

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Oct 01