well/Aran agentliyi
16 sentyabr 2011-ci ildə vəkillər kollegiyası rəyasət heyətinin qərarına əsasən vəkillik fəaliyyətinə son qoyulan Elçin Namazov barədə məhkəmələr və digər orqanlara məktub göndərilib.
Vəkil bildirib ki, məktubun məzmunu ona Nərimanov məhkəməsində mülki işə çıxarkən məlum olub: “Akkord” şirkətinə qarşı qaldırılmış mülki işlə əlaqədar dünən Nərimanov Rayon Məhkəməsində olarkən mənə məlumat verildi ki, Vəkillər Kollegiyası mənim vəkillik fəaliyyətimə son qoyulması barədə məktubla məhkəmələrə və digər orqanlara müraciət edib. Mən təxminən bir ay əvvəl həmin məhkəməyə order təqdim etmişdim. Vəkil kimi işimi davam etdirmək istəyirdim. Lakin bildirildi ki, bu mümkün deyil. Kollegiyanın qərarını əsas gətirərək, prosesdə vəkil kimi iştirakıma xitam verildi”.
E.Namazov bildirib ki, qeyd olunan məktuba baxmayaraq, o etibarnamə təqdim edib və prosesdə nümayəndə kimi iştirak edib: “Hazırda mülki işlərlə məğşulam və əvəzsiz olaraq, keçmiş müvəkilərimə nümayəndə kimi hüquq xidmətləri göstərirəm”.