Türkiyə Hərbi Hava Qüvvələri İsrail “F-15”-lərini qovmaq üçün “F-16”-ları havaya qaldırıb
well/Aran agentliyi
Türkiyə İsrailə məxsus “F-15” tipli iki qırıcı təyyarənin Kipr adasında həm Cənubi Kipr, həm də Şimali Kipr Türk Cümhuriyyətinin ərazisi üzərində uçmasına dərhal reaksiya verib.Türkiyə Hərbi Hava Qüvvələri Təl-Əvivdən qalxan İsrail qırıcılarına Şimali Kiprin hava sərhədini pozmamaqla bağlı xəbərdarlıq etsə də, israillilər buna reaksiya verməyiblər.
Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələri İsrail qırıcılarını yaxalamaq üçün “F-16” tipli iki qırıcı təyyarəni havaya qaldırıb. İsrailə məxsus “F-15”-lər geri dönərək bazaya qayıdıblar. İsrail qırıcıları alçaqdan uçduqları üçün onları yerdən də görmək mümkün olub.
Bu arada İsrail hərbi vertolyotu Kipr adası sahillərində neft-qaz axtarışı ilə məşğul olan Türkiyənin “Piri Rəis” gəmisinin üzərində alçaqdan uçub.