Tarix : 2011 Oct 01
Kod 25725

“Nabukko” konsorsiumunun yeni üzvü

Nabukko” Beynəlxalq Qaz Konsorsiumu “Bayerngas” şirkətinin bu layihənin iştirakçısı olmaq niyyətini alqışlayır
well/Aran agentliyi

Nabukko” Beynəlxalq Qaz Konsorsiumu  “Bayerngas” şirkətinin bu layihənin  iştirakçısı olmaq niyyətini  alqışlayır.

Konsorsiumdan  Turan-a daxil olan məlumatda  deyilir ki, bu gün Avstriyanın  iqtisadiyyat naziri Reynhold Mitterlahner və  Bavariyanın iqtisadiyyat naziri Martin Zeylin konsorsiumun digər altı üzvü ilə bu mövzuda danışıqları başlayacaq.

Nabukko”nun  icraçı direktoru Reynhard Mitşek  bunu “Nabukko üçün böyük addım”  adlandırıb. Bazarın genişlənməsi layihənin reallaşması üçün mühüm məqamdır və  “Bayerngas”ın timsalında layihənin yeni iştirakçısı bunu sürətləndirəcək.

O bildirib  ki, konsorsium yeni iştirakçılar  üçün açıqdır və yeni mərhələyə  qədəm qoyur.

Hazırda  layihənin üzvləri aşağıdakı şirkətlərdir: OMV (Avstriya), MOL (Macarıstan), Transgaz (Rumıniya), BEH (Bolqarıstan), Botas (Türkiyə) və RWE-dir  (Almaniya). İştirakçıların hər biri 16.67% paya malikdir.

Turan 

  • Yazılıb
  • da (də) 2011 Oct 01