Aran Radio-5-ci beynəlxalq ''Fələstin intifazəsinə dəstək'' konfransı şənbə günü dünyanın 100-dən çox ölkəsindən nümayəndələrin iştirakı ilə Tehranda işə başlayır
well/Aran agentliyi
Aran Radio-5-ci beynəlxalq "Fələstin intifazəsinə dəstək" konfransı şənbə günü dünyanın 100-dən çox ölkəsindən nümayəndələrin iştirakı ilə Tehranda işə başlayır.
İran İslam Şurası Məclisinin təşəbbüsü ilə keçirilən bu konfransda 70-dən çox parlament heyəti, habelə alimlər, şəxsiyyətlər, siyasi partiyalar və fələstinli rəhbərlər iştirak edəcəklər.
1991-ci ildə İslam Şurası Məclisinin millət vəkilləri tərəfindən təsdiqlənən "Fələstin xalqının islam inqilabına dəstək" qanununa əsasən Fələstin intifazəsinə dəstək beynəlxalq konfransı indiyə qədər 4 həssas dövrdə keçirilib.
Fələstinə dəstək 5-ci konfrans da elə bir şəraitdə keçirilir ki, Fələstin ərazisi, habelə Yaxın Şərq regionu önəmli proseslərin şahididir.
Bu konfransın əsas şüarı "Fələstin; Fələstinlilərin vətəni" təyin olunmuşdur.