Tarix : 2011 Oct 01
Kod 25735

Energetika naziri: ''İran Araz çayından öz payına düşən hissədən istifadə edəcək''

İran Urmiya gölünə suyun axıdılmasında Araz çayından öz payına düşən hissədən istifadə edəcək. Bu sözləri İranın energetika naziri Məcid Namcu bildirib
well/Aran agentliyi

 

İran Urmiya gölünə suyun axıdılmasında Araz çayından öz payına düşən hissədən istifadə edəcək. Bu sözləri İranın energetika naziri Məcid Namcu bildirib.

"Araz çayı transsərhəd çaydır və imzalanmış müqaviləyə əsasən, bu çayın 50 faizi İranın, 50 faizi isə Azərbaycanın payına düşür. Hər bir ölkənin xüsusi payı müəyyən edilib. İran Araz çayından Urmiya gölünə suyu öz xüsusi payından axıtmaq niyyətindədir", - Namcu əlavə edib.

O deyib ki, İran indiyədək Araz çayından öz xüsusi payından lazımi istifadə etməyib.

"İmzalanmış protokola əsasən, bu, bizim haqqımızdır ki, öz xüsusi payımızdan necə istəyirik, o cür də istifadə edək", - Namcu bildirib.

O əlavə edib ki, İran başqalarına məxsus olan paydan istifadə etmək niyyətində deyil.

İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Bunu jurnalistlərə daha öncə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Onun sözlərinə görə, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki, rəsmi müraciət etməyib.

Milli.Az

  • Yazılıb
  • da (də) 2011 Oct 01