Tarix : 2011 Oct 01
Kod 25738

Evravision ya çöküş?

Bir neçə gündür, Azərbaycan Dövlət Filarmoniyasının binasının çökməsi ilə bağlı söz-söhbət dolaşmaqdadır
well/Aran agentliyi

 

Bir neçə gündür, Azərbaycan Dövlət Filarmoniyasının binasının çökməsi ilə bağlı söz-söhbət dolaşmaqdadır. Filarmoniya binasının hasara alınması isə yayılan şayələrin daha da artmasına səbəb olub. Hasarlamanın Filarmoniya binasındakı çatların gizlədilməsi məqsədi daşıdığı bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Filarmoniya əməkdaşları ilə əlaqə saxlayaraq binanın hasara alınmasının səbəblərini soruşduq. Qurumdan bildirildi ki, Filarmoniya haqqında yayılan söz-söhbətlərin heç bir əsası yoxdur və aparılan işlər yalnız kosmetik xarakter daşıyır: “Eurovision 2012” Beynəlxalq Mahnı Müsabiqəsi ilə əlaqədar hazırda paytaxt ərazisində olduğu kimi Filarmoniyada da hazırlıqlar görülür. Müsabiqə ərəfəsində ölkəmizə gələn qonaqlar bu musiqi ocağına da baş çəkəcəklər. Ona görə də, bu mədəniyyət nümunəsinin rəngi dəyişdirilir və bəzi təmir işləri aparılır. Hasar təmir başa çatandan sonra söküləcək".

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Oct 01